AP Ukraynayla vizanı ləğv edir

AP Ukraynayla vizanı ləğv edir

Avropa Parlamenti Ukrayna ilə viza rejiminin ləğv olunması ilə bağlı Avropa Komissiyasının təklifini dəstəkləyib.

Strasburqda keçirilən iclasda qərarın lehinə 521 nəfər, əleyhinə 75 nəfər səs verib, 36 parlamentar bitərəf qalıb.

Qərar Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələrinin komitəsində təsdiqlənməlidir. Daha sonra isə Avropa İttifaqı Şurası qərarı təsdiq etməlidir. Sonda qanunverici aktın mətni Avropa Parlamentinin prezidenti və sədrlik edən ölkənin nümayəndəsi tərəfindən imzalanmalıdır. Qərar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan 20 gün sonra qüvvəyə minir.