Avropa Parlamenti insani dəyərlərə hörmət etməlidir – İlqar Orucov

Avropa parlamantinin növbəti ikili standartlardan yanaşmasının
təzahürünü gördük. Azərbaycanını əraziləri 30 ilə yaxın müddət
erməni işğalında olarkən orada nəinki tarixi abidələr, həmçinin
ekologiya, həyat yerlə-yeksan edilib. Xalqımızn əsrlərdən bəri
formalaşdırdığı bütün dəyərlər məhv edilib. Bu, Azərbaycan xalqına
qarşı böyük bir humanitar terrodur.

Bunu
Trend
-in suallarına cavabında Azərbaycan Respublikası
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə
Şurasının üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.

O qeyd edib ki, ölkə başçısını çağırışlarına qeyri-hökümət
təşkilatlarının dəfələrlə etdiyi müraciətlərə biganə yanaşılaraq və
tamamilə həqiqəti özündə əks etdirməyən qərarlar qəbul edilir.

“Avropa parlamenti beynəlxalq qurumdur. Oraya üzv olan dövlətlər
30 il ərzində Azərbaycan xalqına qarşı olan bu vandallığa,
tarixi-mədəni abidlərin məhv edilməsinə heç bir qiymət verməyiblər.
Bunun müqabilində heç bir həqiqətə əsaslanmayan faktlarla qərarlar
qəbul edirlər. Bütün bunlar növbəti siyasi riyakarlıqdır. Biz
qətiyyətlə Avropa Parlamentinin bu qərarını pisləyirik.

Azərbaycan xalqının yaratdığı maddi-mədəni abidlər bəşəriyyətin
sərvətidir. Bunlara qarşı vandallıq necə törədilə bilər? İnsan
qəbir daşlarının belə dağıldığını görəndə dəhşətə gəlir. Bunları
etməkdə ermənilərin məqsədi Azərbaycan xalqına olan nifrəti ifadə
etmək idi. Birmənalı olaraq Avropa Parlementinin bu qərarını
ədalətsiz, riyakar, çox çirkin məqsədlərə xidmət edən bir qərar
olaraq qiymətləndirirəm. Düşünürəm ki, Avropa Parlamenti insani
dəyərlərə hörmət etməlidir”, – deyə İ.Orucov bildirib.

Teqlər: