Avropa Oyunları: Azərbaycanın bayraqdarı bəlli oldu

Avropa Oyunları: Azərbaycanın bayraqdarı bəlli oldu

III Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarı bəlli olub.

AzerTimes xəbər verir ki, bu vəzifəni Oyunların gümüş medalçısı və Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısı, boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, açılış mərasimində Azərbaycanın bayraqdarı kamandan oxatma növü üzrə yarışan Yaylagül Ramazanova və qılıncoynadan Barat Quliyev olmuşdular.

Teqlər: