Avropa ölkələrində ABŞ nüvə silahlarının mövcudluğu qəbuledilməzdir – Lavrov

Rusiya Avropa ölkələrinin ərazisində ABŞ nüvə silahlarının
yerləşdirilməsi qəbuledilməzdir, bu silahları ABŞ-a geri
qaytarmağın vaxtıdır.

Trend-in
məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov
deyib.

“Nüvə silahının yayılmaması barədə müqavilənin müddəalarına zidd
olaraq bir sıra Avropa ölkələrinin ərazisində hələ də ABŞ nüvə
silahlarının olması bizim üçün qəbuledilməzdir. NATO-nun qeyri-nüvə
ölkələri ilə birgə nüvə missiyaları davam edir. Bu missiyalar
çərçivəsində Rusiyaya qarşı nüvə silahının tətbiqi ssenariləri
işlənir. Bu silahları ABŞ-a geri qaytarmağın və Avropada bununla
bağlı bütün infrastrukturu ləğv etməyin vaxtıdır”, – deyə o
bildirib.