Avropa ölkələri kimyəvi maddələrin istifadəsindən imtina etmək istəyir

Avropa ölkələri parklarda bitkiləri zərərvericilərdən və xəstəliklərdən qorumaq üçün istifadə edilən sintetik pestisidlərdən istifadəni dayandırmaq istəyir. Böyük Britaniyaya da kimyəvi maddələrin qadağan edilməsinə dair çağırış edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə “The Guardian” qəzeti xəbər verib.

Avropa Komissiyası ölkələr yaşıllaşdırılmış ictimai yerlərdə kimyəvi maddələrin istifadəsini azaltmaq üçün əvvəlki vədləri yerinə yetirmədiyi üçün qadağanı zəruri hesab edib. Dövlətlər indi istifadəni 50 faiz azaltmalıdır.

Britaniyanın pestisidlərə qarşı mübarizə təşkilatına görə, ölkənin 70-ə yaxın şəhəri oxşar tədbirlər görür, lakin rəsmi qadağa yoxdur.