Avropa Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa Mərkəzi Bankı kreditlər üzrə uçot dərəcəsini 0 faiz səviyyəsində saxlayıb.

Trend-in məlumatına görə, bu barədə qərar Bankın İdarə heyətinin iclasında qəbul edilib.

Eyni zamanda, Avropa Mərkəzi Bankı depozitlər üzrə uçot dərəcəsini mənfi 0,5 faiz, qısamüddətli kreditləri üzrə uçot dərəcəsini 0,25 faiz səviyyəsində saxlayıb.

Bankın İdarə heyətinin növbəti iclası oktyabrın 28-də keçiriləcək.