Avropa Liqası: “Ayntraxt” “Barselona”nı məğlub edərək yarımfinala vəsiqə qazanıb

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab
qarşılaşmaları çərçivəsində İspaniyanın “Barselona” klubu
Almaniyanın “Ayntraxt” klubunu qəbul edib.

Trend xəbər verir ki, oyun qonaqların 3:2 hesablı qələbəsi ilə
yekunlaşıb. Qaliblərin heyətində qolları Filip Kostiç (4 və 67-ci
dəqiqələr), Rafael Borre (36), meydan sahiblərinin heyətində
Serxxio Buskets (90+1) və Memfis Depay (90+10) vurublar.

Beləliklə, “Ayntraxt” iki oyunun nəticəsinə əsasən (birinci oyun
1:1) UEFA Avropa Liqasının yarımfinal mərhələsinə yüksəlib.

Teqlər: