Avropa Laçın yolu ilə bağlı Bakıya hansı öhdəlik qoyub?

Avropa Laçın yolu ilə bağlı Bakıya hansı öhdəlik qoyub?

Xəbər verdiyimiz kimi, Ermənistan Avropa Məhkəməsinə müraciət edərək, Laçın yolunun açılması ilə bağlı tədbirlər görülməsini istəyib. AİHM də öz növbəsində bu tələblə bağlı qərarını açıqlayıb.

AzerTimes xəbər verir ki, məhkəmənin qərarında Azərbaycanın üzərinə hər hansı bir öhdəlik və ya sanksiya qoyulması yer almır.

Sadəcə, Azərbaycanın 2020-ci il 10 noyabr üçtərəfli atəşkəs Bəyanatının 6-cı maddəsi üzrə öhdəliyinin mübahisəli olduğu qeyd edilir. Həmin maddədə Laçın dəhliziylə hər iki tərəfə şəxslərin, nəqliyyat vasitələrinin və məhsulların hərəkətinin təhlükəsizliyinin təminatına zəmanət verilib.

AİHM bu bəndlə bağlı Avropa konvensiyası çərçivəsində Azərbaycanın götürmüş olduğu öhdəlikləri xatırladıb.

Azərbaycan isə öz növbəsində bölgənin Rusiya sülhməramlılarının nəzarəti altında olduğunu bildirərək qeyd edib ki, hazırda dəhliz vasitəsilə humanitar gediş-gəlişə heç bir əngəl yoxdur.

Teqlər: