Avropa İttifaqı qazın qiymətinin maksimum həddi ilə bağlı razılaşıb.
AzerTimes xəbər verir ki, bu barədə Aİ Şurasının iclasdan sonra verilən məlumatda bildirilib.
“Qazın qiymətinin korreksiyası mexanizmi fevralın 15-dən iki şərtlə aktivləşdirilə bilər: qazın qiyməti üç gün ərzində 180 avro səviyyəsində qalarsa və TTF (Aİ) qiymətləri ilə mayeləşdirilmiş təbii qazın orta qiyməti arasında fərq 35 avrodan çox olarsa”, – açıqlamada qeyd olunub.