Avropa İttifaqı Əfqanıstanda öz nümayəndəliyinin açılması üzərində işləyir – Borrel

Avropa İttifaqı (Aİ) Əfqanıstanın paytaxtı Kabildə ofis açmaq üçün işlər aparır.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel müvafiq sualına cavab olaraq bildirib.

J.Borrel qeyd edib: “Bunun üzərində işləyirik. Ancaq təhlükəsizlik baxımından vaxtını sizə deyə bilmərəm”.