Avropa çempionatı: Boksçumuz finala vəsiqə qazanıb

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında
Avropa çempionatında yarımfinal döyüşləri keçirilir.

AzerTimes-ın
məlumatına görə, bu mərhələyə yüksələn Azərbaycan millisinin üzvü
Nicat Hüseynov (51 kq) rinqdən növbəti dəfə qələbə ilə ayrılıb.
Belə ki, dünya və Avropa birinciliklərinin mükafatçısı finala gedən
yolda türkiyəli Mehmethan Çinarı gərgin keçən qarşılaşmada 3:2
hesabla məğlub edib. Boksçumuz həlledici görüşə martın 23-də
çıxacaq.

Qeyd edək ki, Azərbaycan milli komandasının bu gün daha 3
boksçusu yarımfinal qarşılaşmasına çıxacaq.

Teqlər: