Avropa çempionatı: Azərbaycanın 4 şahmatçısı dünya kuboku yarışına vəsiqə qazanıb

Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı
başa çatıb.

Trend xəbər verir ki, qitə birinciliyində təmsilçilərimizdən ən
yaxşı nəticəni Vasif Durarbəyli göstərib. Belə ki, 11 turdan 8 xal
toplayan şahmatçımız 3-8-ci yerləri bölüşüb. Digər
şahmatçılarımızdan 7,5 xal qazanan Abdulla Qədimbəyli, Misrətdin
İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-10-11-ci yerlərdə,
Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.

Yarışın qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.

Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan
şahmatçılar 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına
vəsiqə qazanıblar.

Teqlər: