Avropa bizim ümidlərimizi doğrultmadı – Moldovanın keçmiş prezidenti

Xəbər - Elçin Mehdiyev – Trend:

Biz o zaman düşünürdük ki, inkişaf yolu keçməliyik ki, Avropa İttifaqına iddialı olaq. Biz bunu gözləyirdik, ancaq Avropa bizim ümidlərimizi doğrultmadı.

AzerTimes-ın məlumatına görə, bunu Moldovanın keçmiş prezidenti Petru Luçinşi Qlobal Bakı Forumu çərçivəsində “Şərq tərəfdaşlığı: Potensialı nədir?” mövzusunda panel müzakirələri zamanı deyib.

O qeyd edib ki, iqtisadi problemlərin həlli üçün Avropa İttifaqının tələbləri var: “Misal üçün, Avropa eynicinsli nikah tələb edir. Eynicinsli nikah Avropa cəmiyyəti üçün məqbuldur, Avropa buna gəlib çatıb, amma biz buna hazır deyilik. Bu, bizim cəmiyyətdə parçalanmaya səbəb ola bilər. Mən bilmirəm niyə bunu etmək lazımdır? Çox ziddiyətli proseslər baş verir”.

Teqlər: