Avropa Birliyinə ixrac olunan fındıq məhsulunda aflatoksin aşkarlanma halları artıb – Qoşqar Təhməzli

Xəbər - Çingiz Səfərli – Trend:

Son dövrlər Avropa Birliyinə ixrac olunan fındıq məhsulunda aflatoksin aşkarlanma halları artıb. Belə ki, 2021-ci ilin ötən dövrü ərzində 49 fındıq partiyasında aflatoksin aşkarlanmış, 2 partiyaya isə Avropa Birliyi tərəfindən notifikasiya göndərilmişdir.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında məlumat verib.

O, fındıqda aflatoksinin yaranma səbəblərini də açıqlayıb.

“Aparılmış araşdırmalara əsasən, aflatoksinin aşkarlanmasının səbəbləri təsərrüfatlardan fındıqların vaxtından əvvəl yığılması və nəmlik tələblərinə uyğun olmayan şəraitdə saxlanması, eləcə də bəzi emal müəssisələrində məhsulların açıq hava şəraitində saxlanması, çeşidləmə zamanı müasir texnologiyaların tətbiq edilməməsi, habelə iqlim amilləri ilə bağlıdır” – deyə, o bildirib.

Q. Təhməzlinin sözlərinə görə, aflatoksinin miqdarı 8-15 arası olduqda çeşidləmə, 15-dən artıq olduqda bitki yağı istehsalı üçün rafinasiya edilməlidir.

Teqlər: