ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın səylərini dəstəkləyir – Erl Litsenberger

Xəbər - Ləman Zeynalova – AzerTimes:

ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın səylərini dəstəkləyir.

Bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger AzerTimes -in “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi imkanları barədə sualını cavablandırarkən deyib.

“Bu, kommersiya qərarlarından asılıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün mümkün olna hər şeyi edir. Biz “Cənub Qaz Dəhlizi”nə siyasi dəstəyi təmin etmişdik və bu mövqeyimizi dəyişmək üçün heç bir səbəb yoxdur” – deyə, səfir qeyd edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: