Avro-2024: Yığmanın rəqibləri bəlli oldu

Avro-2024: Yığmanın rəqibləri bəlli oldu

Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

AzerTimes xəbnər verir ki, Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.

Teqlər: