Avro-2024: Üç komanda final mərhələsində!

Avro-2024: Üç komanda final mərhələsində!

Avro-2024-ün seçmə mərhələsində VII turun növbəti qarşılaşmaları baş tutub.

AzerTimes xəbər verir ki, 3 qrupda 7 görüş keçirilib.

Keçirilən qarşılaşmalardan sonra 3 komanda final mərhələsinə vəsiqəni rəsmiləşdirib. B qrupunda Fransa, F qrupunda Belçika, J qrupunda isə Portuqaliya rəqibini məğlub edərək, qitə birinciliyində iştirakı təmin edib.

Avro-2024-ün seçmə mərhələsi:

B qrupu

İrlandiya – Yunanıstan – 0:2

Niderland – Fransa – 1:2

F qrupu

Estoniya – Azərbaycan – 0:2

Avstriya – Belçika – 2:3

J qrupu

İslandiya – Lüksemburq – 1:1

Portuqaliya – Slovakiya – 3:2

Lixtenşteyn – Bosniya və Herseqovina – 0:2

Teqlər: