“Avro-2020”: Pley-off mərhələsinə çıxan bütün komandalar bəlli oldu

Bu gün futbol üzrə Avropa Çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanan bütün komandalar bəlli olub.

AzerTimes-ın məlumatına görə, pley-off mərhələsinə İtaliya, Uels, Belçika, Danimarka, Niderland, Avstriya, İngiltərə, Xorvatiya, İsveç, İspaniya, Fransa, Almaniya, Portuqaliya, Çexiya, İsveçrə və Ukrayna vəsiqə qazanıblar.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları iyunun 26, 27, 28 və 29-da keçiriləcək.

Teqlər: