İtaliya milli komandası futbol üzrə Avropa Çempionatının 1/4 finalında Belçika komandasını məğlub edib.
AzerTimes-ın məlumatına görə, Münhendə keçirilən oyun 2:1 hesabı ilə başa çatıb.
Qalib komandanın heyətində qolları Nikolo Barella (31-ci dəqiqə) və Lorentso İnsinye (44) vurublar. Belçikanın heyətində Romelo Lukaku (45+2) penaltıdan fərqlənib.
Yarımfinalda İtaliya millisi İspaniya komandası ilə qarşılaşacaq. Görüş iyulun 6-da Londonun “Uembli” stadionunda keçiriləcək.