AVRO-2020: İspaniya millisi İsveçlilərlə heç-heçə edib

İspaniya milli futbol komandası Avropa çempionatının qrup mərhələsinin ilk turunda İsveç millisi ilə heç-heçə edib.

AzerTimes-ın məlumatına görə, İspaniyanın Sevilya şəhərində keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.

Mövcud turnirdə ilk dəfə qarşılaşma qolsuz bərabərliklə başa çatdı.

Avropa çempionatında İspaniya və İsveç komandaları ikinci dəfə qarşılaşılablar.

Teqlər: