Belçika millisi Avropa Futbol Çempionatının qrup mərhələsinin üçüncü tur matçında Finlandiya komandasını məğlub etdi.
AzerTimes-ın məlumatına görə, Sankt-Peterburqda keçirilən görüş 2:0 hesabı ilə sona çatıb.
Qolları 74-cü dəqiqədə finlərin qolkiperi Lukaş Qradeski öz qapısına və 81-ci dəqiqədə belçikalı Romelu Lukaku vurublar.
Belçika komandası 9 xalla B qrupunda birincidilər.
Eyni turnirin qrup mərhələsinin üçüncü tur matçında Rusiya millisi 1:4 hesabı ilə Daniya komandasına uduzub. Görüş Kopenhagendə keçirilib.
Qaliblər tərəfindən qolları Mikkel Damsqor (38-ci dəqiqə), Yussuf Poulsen (59), Andreas Kristensen (79) və Yoakim Mexle (82), ruslardan isə Artyom Dzyuba (70) vurublar.
Daniya yığması 1/8 final mərhələsində Amsterdamda 26 iyun tarixində Uels yığması ilə qarşılaşacaq.