Avqustun birinci yarısında bu imtahanlar keçiriləcək – SİYAHI

Xəbər - Çingiz Səfərli – Trend:

Dövlət İmtahan Mərkəzi 2021-ci il avqust ayının birinci yarısında keçiriləcək imtahanların siyahısını açıqlayıb.

AzerTimes siyahını təqdim edir.

4 avqustda:

– hərbi liseylərə qəbul imtahanı

– rezidenturaya qəbul imtahanı 1-ci mərhələ 2-ci cəhd

11 avqustda:

– Dövlət qulluğuna qəbul imtahanı (B növü) – 4 avqust

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə, avqustun 11-də:

– əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;


– müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

– iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı;

– eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

12 avqustda:

– 9 və 11 illik təhsil səviyyəsi üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı.

Teqlər: