“Avatar 2” ən çox gəlir gətirən filmlər sırasında..

“Avatar 2” ən çox gəlir gətirən filmlər sırasında..

Kinorejissor Ceyms Kemeronun “Avatar: Suyun yolu” filmi kassada 1,922 milyard dollar gəlir əldə edərək “Hörümçək adam: Evə yol yoxdur” filmini geridə qoyub. Kemeronun blokbasteri həm də tarixdə ən çox gəlir gətirən altıncı film olub.

AzerTimes xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Mütəxəssislər “Avatar 2”nin bu həftəsonu 2 milyard dollar həddini keçəcəyini və filmin 2,048 milyard dollar gəlir əldə edən “Avengers: Infinity War” filmini geridə qoyacağını proqnozlaşdırırlar.

Kemeron daha əvvəl bəyan etmişdi ki, “Avatar 2”nin bütün zamanların ən çox gəlir gətirən ilk 10 filmi sırasına düşməsi gərəkdir.

Teqlər: