Autizmlə Mübarizə İctimai Birliyi Əlillər günü münasibətilə tədbir keçirtdi

Autizmlə Mübarizə İctimai Birliyi Əlillər günü münasibətilə tədbir keçirtdi

Suraxanı rayon İcra Hakimiyyətinin dəstəyi ilə 3 Dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü qeyd edildi.

Bütün dünyada hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü qeyd olunur. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Bu günün məqsədi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov, Millət Vəkili Etibar Əliyev, Suraxanı rayon YAP sədri Vüqar Seyidov, Autizmlə Mübarizə İB Sədri Çiçək Məmmədli, Şəhid ailələri, Müharibə Qaziləri, Əlilliyi olan uşaq və yeniyetmələr, valideynlər və digər qonaqlar iştirak edib.

Autizmlə Mübarizə İctimai Birliyinin təşkilatçılığı ilə Əlilliyi olan uşaqların ifasında çox maraqlı musiqili proqram nümayiş etdirildi. Tədbirdə əlilliyin bacarığa yiyələnməklə heç də əngəl olmadığı və Əlilliyi olan istedadlı uşaqların cəmiyyətə təqdim edilməsi alqışlarla qarşılandı.