Audiovizual Şura bu platforma operatoruna lisenziya verdi

Audiovizual Şura bu platforma operatoruna lisenziya verdi

İyulun 14-də Audiovizual Şuranın iclası keçirilib.

AzerTimes xəbər verir ki, toplantıda universal platforma operatoru lisenziyasının alınması üçün Azlink MMC-dən Audiovizual Şuraya daxil olmuş müraciətə baxılıb, iddiaçının təqdim etdiyi sənədlər incələnib.

Müzakirələrdən sonra Azlink MMC-yə (xidmətin adı: “Azlink” olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul olunub.

Teqlər: