Audiovizual media fəaliyyətinə dair dövlət rüsumları müəyyənləşib

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanununda
dəyişiklik edilməsi barədə” qanunu təsdiqləyib.

Trend xəbər verir ki, qanuna əsasən, audiovizual media
fəaliyyətinə dair dövlət rüsumları müəyyənləşib.

22.0.39. Audiovizual media fəaliyyəti:

22.0.39.1. ümumölkə yerüstü televiziya yayımçısı

5 000 manat

22.0.39.2. ümumölkə yerüstü radio yayımçısı

2 500 manat

22.0.39.3. regional yerüstü televiziya yayımçısı

1 500 manat

22.0.39.4. regional yerüstü radio yayımçısı

500 manat

22.0.39.5. peyk yayımı həyata keçirən platforma yayımçısı

2 500 manat

22.0.39.6. peyk yayımı həyata keçirməyən platforma yayımçısı

1 500 manat

22.0.39.7. sifarişli yayım xidməti provayderi

500 manat

22.0.39.8. sadə platforma operatoru

1 500 manat

22.0.39.9. universal platforma operatoru

2 500 manat

22.0.39.10. multipleks operatoru

2 500 manat

Teqlər: