“Atletiko”nun iki futbolçusu koronavirusa yoluxub

Xəbər - Orxan Nəbiyev – Trend:

İspaniyanın “Atletiko” (Madrid) klubunun iki futbolçusu, Yannik Ferreyra-Karrasko və Mario Ermoso koronavirusa yoluxub.

AzerTimes-ın məlumatına görə, futbolçuların verdiyi test müsbət nəticələnib.

Hazırda hər iki futbolçu iki həftə müddətinə karantinə alınıb.


Qeyd edək ki, “Atletiko” İspaniya çempionatında 47 xalla turnir cədvəlinə başçılıq edir. Komanda növbəti matçını yanvarın 31-də “Kadis”ə qarşı keçirəcək.

Teqlər: