Atlantik okeanında “Ana” subtropik fırtınası yaranıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Qasırğaları İzləmə üzrə ABŞ Milli Mərkəzi bildirib.
Məlumata əsasən, təbii fəlakət daxilində külək əsmə sürəti təxminən 20,8 m/s-dir. “Ana” fırtınası Bermuda adalarından təqribən 280 km şimal-şərqdə yerləşir.
Hazırda fırtına təxminən 6 km/saat sürətlə qərbə doğru irəliləyir.