Atlantik Kanadaya güclü siklon yaxınlaşır

Kanadanın Atlantik vilayətlərinə güclü leysan siklonu yaxınlaşır.

AzerTimes-ın məlumatına görə, bu barədə Kanada Milli Hava Bürosu xəbərdarlıq verib.

Noyabrın 21-dən 22-nə keçən gecə Yeni Şotlandiya, Nyu-Brunsvik və Şahzadə Eduard Adasında leysan yağışların başlayacağı gözlənilir. Bu müddət ərzində 100-150 mm yağıntı düşə bilər ki, bu da aylıq normadan artıqdır.


Yağışlar noyabrın 24-nə qədər davam edə bilər. Bundan əlavə, əlverişsiz hava 25 m/s-ə qədər fırtınalı küləklə müşayiət olunacaq.