ATƏT sədrliyi Azərbaycan və Ermənistan liderlərinin Avropa
Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə görüşünü və mümkün
sülh sazişi istiqamətində prosesin başlanmasını alqışlayır.
Trend xəbər
verir ki, bu barədə ATƏT sədrliyinin “Twitter” səhifəsindəki
paylaşımda deyilir.
“ATƏT sədrliyi Azərbaycan və Ermənistan liderlərinin Avropa
Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə görüşünü və mümkün
sülh sazişi istiqamətində prosesin başlanmasını alqışlayır. Sədrlik
Cənubi Qafqazda sabit və dinc mühitin təmin edilməsi üçün bütün
səylərdə kömək etməyə hazırdır”, – paylaşımda vurğulanır.