İtaliyanın “Atalanta” futbol klubunun qapıçısı Pyerluidji Qollini İngiltərə “Tottenhem”ının oyunçusu ola bilər.
Trend TASS-a istinadən xəbər verir ki, “Atalanta” 26 yaşlı qolkiperi 15 milyon avro müqabilində almaq hüququ olmaqla kirayə verib. Müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə geri qaytarma məcburi olacaq.
P.Qollini 2018-ci ildən “Atalanta”da oynayır. Daha əvvəl qapıçı İngiltərə klubları “Aston Villa” və “Mançester Yunayted”, İtaliyanın “Verona” klublarında çıxış edib. Keçən mövsüm qapıçı “Atalanta” tərkibində müxtəlif turnirlərdə 32 matç keçirib, 32 qol buraxıb və 13 matçda hesabı sıfırda saxlaya bilib.