Atakamada sirli qırmızı işıqlar peyda oldu – Foto

Atakamada sirli qırmızı işıqlar peyda oldu – Foto

Çilinin Atakama səhrasında yerləşən La Silla Rəsədxanasının əməkdaşları gecə səmasında nadir atmosfer hadisəsini – qırmızı spritlərin fotolarını çəkiblər.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Cənub Rəsədxanasının rəsmi saytında məlumat yayılıb.

“Spritlər yer atmosferinin yuxarı təbəqələrində baş verən soyuq plazma atqılarıdır. Adi ildırımdan fərqli olaraq, spritlər daha yüksəkdə – dəniz səviyyəsindən 50-90 kilometr yüksəklikdə baş verir. Spritlər ildırımdan qat-qat soyuqdur. Sprit şəkli çəkmək çox çətin bir işdir. Şəkli çəkən rəsədxana dəniz səviyyəsindən hündür bir səhrada yerləşir, burada səma çox aydındır və heç bir işıq çirklənməsi yoxdur. Bu amillər ən nadir atmosfer hadisələrinin müşahidəsinə kömək edir”,- məlumatda bildirilir.

Teqlər: