Ata həbsdəki oğluna heroin gətirdi

Ata həbsdəki oğluna heroin gətirdi

Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə AzerTimes-a Penitensiar Xidmətdən məlumat verilib.

Belə ki, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nişad Abbas oğlu Musayevə atası Göyçay rayon sakini Abbas Sabir oğlu Musayev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı kəllə qəndlərin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,636 qram olan narkotik maddə – heroin və ümumi çəkisi 0,684 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: