Asya süni-tənəffüs aparatına qoşuldu

Asya süni-tənəffüs aparatına qoşuldu

İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın vəziyyəti pisləşib və o süni-tənəffüs aparatına qoşulub.

AzerTimes xəbər verir ki, bu barədə bloger Ramal İsayev məlumat yayıb.

“Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar”, – o bildirib.

Xatırladaq ki, dekabrın 16-da Bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Blogerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeskiya keçib.

Teqlər: