ASTHETIK LAB klinikasında dərinizi yaza hazırlayın

Xəbər - Trend

Braşinq və ya brosaj üz səthini ölü hüceyrələrdən təmizləməyə və
dərini cavanlaşdırmağa yönəlmiş aparat prosedurudur. Əsas
manipulyasiyaların köməyi ilə dərinin görünüşünü və vəziyyətini
əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz.

Brosajı həyata keçirmək üçün fırçaların forması və sərtliyi ilə
fərqlənən başlığı olan xüsusi bir cihaz istifadə olunur. Başlıq
pasiyentin dəri tipinə uyğun seçilir. Fırçalarla dairəvi hərəkətlər
edilir. Dövr etmə sürəti tənzimlənə bilər.

Braşinq dərini yağlılıqdan, ölü hüceyrələrdən və digər
çirklərdən təmizləməyə kömək edir. Paralel olaraq cihaz dərini
masaj edir, hüceyrədaxili maddələr mübadiləsini və kollagen
istehsalını stimullaşdırır.

Daha yaxşı təsir üçün prosedur zamanı kosmetoloq tərəfindən
seçilmiş terapevtik kokteyllərdən istifadə olunur. Bunun sayəsində
brosaj çox yönlü təsir göstərir. Brosaj dərini hərtərəfli
təmizləyir, qidalandırır və bərpa edir, incə qırışları aradan
qaldırır, üz ovalını gücləndirir, yaş ləkələrini daha az nəzərə
çarpan edir və genişlənmiş məsamələri bağlayır.

Bu metodikanın digər üstünlükləri də var – bu, ağrı və dərinin
zədələnməsinin olmamasıdır, heç bir reabilitasiyaya ehtiyac yoxdur,
ilin vaxtından asılı olmayaraq müntəzəm qulluq üçün uyğundur.

ASTHETIK LAB aparat kosmetologiyası klinikasında sizə orijinal
avadanlıq və birdəfəlik istifadə olunan başlıqlardan istifadə
etməklə brosaj təklif olunacaq. Prosedur təhlükəsiz və
gigiyenikdir.

Almaniyanın müasir avadanlığı ilə təchiz olunmuş klinika üç
korpusdan, 100 -dən çox prosedur otağından ibarətdir. Klinikanın
əsas istiqamətləri aparat kosmetologiyası və trixologiyadır.
Klinikada 100 -dən çox mütəxəssis çalışır.

Ünvan: Koroğlu Rəhimov küçəsi, 47

Prosedurlara qeyd edilmiş əlaqə nömrələri ilə qeydiyyatdan keçə
bilərsiniz: +994125555534, +994504000303

Teqlər: