Astaradan maşın körpüdən çaya aşdı: ölən var

Astaradan maşın körpüdən çaya aşdı: ölən var

Astarada avtomobil körpüdən çaya aşıb, sürücü ölüb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, iyulun 22-də saat 15 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini İdrak Nəsirov idarə etdiyi “Mersedes” markalı avtomobili körpüdən çaya aşırıb və nəticədə suda boğularaq ölüb.

Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Teqlər: