Astarada torpaq sürüşməsi: bir ev qəzalı vəziyyətə düşdü

Astarada torpaq sürüşməsi: bir ev qəzalı vəziyyətə düşdü

Astara rayonunda torpaq sürüşməsi baş verib, bir ev qəzalı vəziyyətə düşüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, təbiət hadisəsi dağlıq ərazidə yerləşən Şüvi kəndində qeydə alınıb.

Sürüşməyə son zamanlar yağan intensiv yağışların səbəb olduğu bildirilir.

Belə ki, 15-20 metr məsafədə torpaq qatı 50 metr aşağı sürüşərək təhlükəli vəziyyət yaradıb və kənd sakini Habil Cümşüdova məxsus ev qəzalı vəziyyətə düşüb, divarlarda çatlar yaranıb. Vəziyyətlə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, əraziyə baxış keçirilib. Qəza şəraiti müəyyən olunaraq evin sahibinə lazımi göstərişlər verilib.

Qeyd edək ki, sürüşmə zonasında daha 10-a yaxın ev var. Sürüşmə davam edəcəyi təqdirdə həmin evlər də təhlükə ilə üz-üzə qala bilər.

Teqlər: