Astarada gömrükçülər 244 kiloqramdan artıq heroin aşkarladı

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Gömrükçülər 244 kiloqramdan artıq narkotik aşkar ediblər.

AzerTimes-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. O, bunu gömrük orqanlarının daha bir uğurlu əməliyyatı kimi qiymətləndirib:

“Əməliyyatçılarımızın yüksək peşəkarlığı nəticəsində ölkəmizin cənub sərhədində – Astara gömrük postunda 244 kiloqramdan artıq narkotik vasitə – heroin aşkar edilib”.

Teqlər: