Astarada ev yanıb

Astara rayonunun Şuvi kəndində ümumi sahəsi 576 m² (mansardası
və hər mərtəbəsi 192 m²) olan ikimərtəbəli mansarda tipli 6 otaqlı
evin yanar konstruksiyaları 384 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı
tikililər yanğından mühafizə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb

Teqlər: