Astarada birmərtəbəli ev yanıb

Astara rayonunun Kijəbə qəsəbəsində ümumi sahəsi 180 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: