Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Edvard Asryan sərhədin cənub-şərq və cənub-qərb hissələrinə baş çəkib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Asryan bir sıra hərbi hissələrə baş çəkib, döyüş növbətçiliyində olan hərbi qulluqçularla söhbət edib, sərhəddəki vəziyyət, təşkilati məsələlərlə tanış olub, həmçinin bölmələrin komanda heyəti ilə görüşlər keçirib.
Asryan tikinti və mühəndislik işlərinin necə aparıldığını öyrənib, yeni modul tipli hərbi hissəyə baş çəkib, onun texnikası ilə tanış olub.