Asryan NATO nümayəndələri ilə görüşdü

Asryan NATO nümayəndələri ilə görüşdü

Noyabrın 21-dən 24-dək Ermənistanın “Müdafiə təhsilinin inkişafı” proqramının NATO-nun “Sülh naminə tərəfdaşlıq” Məşvərət Qrupu Ermənistanda “Müasir silahlı qüvvələrdə peşəkar serjant sisteminin rolu və əhəmiyyəti” adlı seminar keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tədbir çərçivəsində xarici tərəfdaşlar müasir silahlı qüvvələrdə peşəkar çavuş sisteminin inkişafının xüsusiyyətləri və tendensiyaları, silahlı qüvvələrdə və müasir döyüşlərdə rolunu təqdim ediblər.

Məşvərət Qrupunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asryan qəbul edib. Görüş zamanı tədbirin nəticələrinə yekun vurulub, gələcək qarşılıqlı fəaliyyət yolları qeyd edilib.

Teqlər: