Xəbər - Sədrəddin Ağcayev -Trend:
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) yerli sahibkarların
digər ölkələrin biznes strukturları ilə fəal əməkdaşlığını təmin
edir.
Bunu Trend-ə
müsahibəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının
vitse-prezidenti Vüqar Zeynalov deyib.
Onun sözlərinə görə, konfederasiya 50-dən çox ölkədə analoji
strukturlarla əməkdaşlıq edir və 28 ölkədə nümayəndəliyə
malikdir.
“Həmçinin, biz TürkPA, İpək Yolu Beynəlxalq Ticarət Palatası,
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda təmsil
olunuruq”, – deyə o bildirib.
V.Zeynalov qeyd edib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası
turizm komissiyası fəaliyyət göstərir və bu sektorun inkişafının
monitorinqini keçirir, müzakirələr aparır və hökumətə turizmin
inkişafı ilə bağlı tövsiyələr təqdim edir.
O əlavə edib ki, konfederasiya öz fəaliyyəti çərçivəsində ölkədə
sahibkarlara qeyri-maliyyə dəstəyi göstərir, xüsusilə, treninqlər,
seminarlar keçirir, konsaltinq xidmətləri göstərir, eləcə də iş
adamlarının maraqlarını yerli və beynəlxalq səviyyədə təmsil
edir.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)