Aşıq Namiq qəzaya düşdü – Video

Aşıq Namiq qəzaya düşdü – Video

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu Babək prospektində qeydə alınıb.

Qəza zamanı “Azsamand” markalı nəqliyyat vasitəsini idarə edən şəxs yüksək sürətlə maşını əvvəlcə işıqforun qırmızı işığında dayanan “Renault” markalı avtomobilə çırpıb. “Renault” isə öz növbəsində Hüseynov Namiq Fərhad oğluna məxsus “Toyota”ya dəyib.

Qəza nəticəsində “Renault” markalı nəqliyyat vasitəsində olan iki nəfər xəsarət alıb.

Qeyd edək ki, “Toyota”nı idarə edən şəxs tanınmış Aşıq Namiq Fərhadoğlu olub.

Teqlər: