Xəbər - Sədrəddin Ağcayev – Trend:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Qara dəniz və
Azov dənizi istiqamətində yük daşınması ilə bağlı müqavilələri ləğv
edib.
Bunu Trend-ə
QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.
Onun sözlərinə görə, ASCO gəmiləri təhlükəsiz sulardadır, “Hüseyn Cavid” quru yük gəmisi isə təhlükəsizlik məqsədilə Rumıniya
sahillərinə hərəkət edib.
“Biz vəziyyəti diqqətdə saxlayırıq, gəmilərin və heyət
üzvlərinin təhlükəsizliyinin təmin olunması üzrə bütün mümkün
tədbirlər görülür”, – M.Medhiyev deyib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)