“ASAP Career Academy” layihəsi yekunlaşdı (FOTO)

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbə və Məzunlar İctimai Birliyi (ASAP) təqdim etdiyi “ASAP Career Academy” yekunlaşıb.

Ötən həftə ictimaiyyətə təqdim olunan layihənin əsas məqsədi xaricdə yaşayan, yüksək akademik təhsilə və peşəkar təcrübəyə malik gənclərin ölkəmizdəki əmək bazarına cəlb olunmasını təmin etməkdir.

Bağlanış mərasiminə qonaq qismində dəvət olunan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov və Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin əməkdaşı Emin Rüstəmov layihə haqqında müzakirələrdə iştirak ediblər.

Çıxış edən qonaqlar və ASAP heyətinin məzun tələbələrin ölkəmizdəki əmək bazarında yer alması məqsədilə həyata keçirdikləri şirkətlərlə görüşlərdə müzakirələrin yekunu haqda məlumatlar çatdırıb, sonraki mərhələdə məzunlar üçün gözlənilən şanslar haqqında müzakirələr aparılıb.

Bağlanış mərasiminin yekununda Azərbaycanlı Tələbə və Məzunlar İctimai Birliyinin nümayəndələri, dəvət olunan qonaqlar və proqram iştirakçılarının iştirakı ilə hibrid təlim keçirilib.

Teqlər: