ASAN xidmət 2 gün işləməyəcək

ASAN xidmət 2 gün işləməyəcək

Qurban bayramı ilə əlaqədar 9 və 10 iyul tarixlərində ASAN xidmət və ASAN kommunal mərkəzlərində qeyri-iş günü olacaq.

ASAN xidmətdən AzerTimes-a verilən məlumata görə,11 iyul tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

11, 12 və 13 iyul tarixlərində Bakı şəhərində yerləşən ASAN xidmət və ASAN kommunal mərkəzlərində iş saat 17:00-da, regional mərkəzlərdə isə 16:00-da bitəcək.

Teqlər: