Arvadını öldürüb, sonra özünə xəsarət yetirdi

Arvadını öldürüb, sonra özünə xəsarət yetirdi

Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Bu barədə AzerTimes-a DİN-in Mətbaut Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.

Teqlər: