Arvadımı kimin zəhərlədiyini bilirəm: cavabı görəcəksiniz

Arvadımı kimin zəhərlədiyini bilirəm: cavabı görəcəksiniz

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov arvadı Mariannanı kimin zəhərlədiyini bildiyini deyib.

AzerTimes xəbər verir ki, o, bu barədə Fransanın “Liberation” nəşrinə müsahibəsində danışıb.

“Həyat yoldaşım özünü indi daha yaxşı hiss edir. Mən artıq bir çox sui-qəsd cəhdlərindən sağ çıxmışam və yəqin ki, hələ də sağ olacağam. Düşünürəm ki, yaxın gələcəkdə siz Rusiya ərazisində cavab tədbirləri görəcəksiz və bunu hamı başa düşəcək”, – o vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Ukrayna kəşfiyyatının rəhbərinin həyat yoldaşı Marianna Budanova ağır metallarla zəhərlənmişdi. Zəhərlənmədən sonra şöbədə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Teqlər: