27 yaşlı Vareş Artsunyan Rusiyanın Krasnoyarsk diyarında Katedral məscidinə çəkiclə hücum edib, pəncərələri, qapıları sındırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Haqqin.az” məlumat yayıb.
Məlumata görə, məscidə gələnlər Artsunyanın qarşısını almağa çalışsalar da, o özünü son dərəcə aqressiv apararaq onlara hücum etməyə çalışıb:
“Həmin şəxs məscidin əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib. Məlum olub ki, Artsunyan əvvəllər quldurluğa görə məhkum olunub və psixiatriya xəstəxanasında qeydiyyatdadır. Saxlanılan şəxs dindirilərkən səmavi Qüdsün sakini olduğunu, məsciddə şeytana sitayiş edildiyini bildirib”.